Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər - 2-ci Beynəlxalq Konfrans

📍 Məkan: İqtisadi Elmi Tədqiqat İnstitutu, AZ1122, Həsən bəy Zərdabi prospekti 196, Yasamal rayonu, Bakı, Azərbaycan

Konfrans Təqvimi

Abstraktların qəbulunun son tarixi: 10 oktyabr 2026

Məqalələrin qəbulunun son tarixi: 20 oktyabr 2026

Konfrans materiallarının dərc olunması: 30 oktyabr 2026

Konfransın keçiriləcəyi tarix: 16 oktyabr 2026

Haqqımızda

XXI əsrin üçüncü onilliyində dünya iqtisadiyyatı fundamental struktur transformasiyası mərhələsinə daxil olmuşdur. Texnoloji innovasiyaların sürətli inkişafı, rəqəmsallaşma, süni intellektin iqtisadi proseslərə inteqrasiyası, yaşıl transformasiya, əmək bazarında yeni münasibətlərin formalaşması, demoqrafik dəyişikliklər və geosiyasi qeyri-müəyyənliklər ənənəvi iqtisadi inkişaf modellərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu dəyişikliklər yalnız ayrı-ayrı iqtisadi sektorların deyil, bütövlükdə dövlət, biznes, elm və cəmiyyət arasında qarşılıqlı münasibətlərin transformasiyasına səbəb olur.

Bu kontekstdə “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” 2-ci Beynəlxalq Konfransı müasir iqtisadi transformasiyaların elmi və praktiki aspektlərinin müzakirəsi üçün beynəlxalq platforma yaratmağı qarşıya məqsəd qoyur. Konfrans alimləri, tədqiqatçıları, dövlət qurumlarının nümayəndələrini, siyasətçiləri, beynəlxalq təşkilatları, biznes və texnologiya şirkətlərini, ali təhsil müəssisələrini və digər maraqlı tərəfləri bir araya gətirməklə yeni nəsil iqtisadiyyatın formalaşması istiqamətində elmi dialoqun və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyi hədəfləyir.

  • Konfransda iştirak ödənişsizdir.
  • Konfransda iştirak əyani formada mümkündür.
  • Konfransın dili: Azərbaycan və İngilis dilləri

Əsas Tematik İstiqamətlər

  • I. Rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya
  • II. İnnovasiya, elm və insan kapitalı
  • III. Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf
  • IV. Əmək bazarının transformasiyası
  • V. Makroiqtisadi siyasət və iqtisadi dayanıqlılıq
  • VI. İnvestisiya, maliyyə və sahibkarlıq
  • VII. Ticarət, qlobal iqtisadiyyat və regional əməkdaşlıq
  • VIII. Regional inkişaf və ərazi iqtisadiyyatı
  • IX. Sosial siyasət və inklüziv iqtisadi inkişaf
  • X. İnstitusional inkişaf və iqtisadi idarəetmə

Hədəf Auditoriya

  • alim və tədqiqatçılar
  • professor-müəllim heyəti
  • doktorant və magistrantlar
  • dövlət qurumlarının nümayəndələri
  • beynəlxalq təşkilatlar
  • iqtisadi siyasət və analitika mütəxəssisləri
  • özəl sektor və biznes nümayəndələri
  • maliyyə institutları
  • texnologiya və innovasiya şirkətləri
  • startap və sahibkarlıq ekosisteminin nümayəndələri
  • beyin mərkəzləri və tədqiqat institutları
  • tələbələr və gənc tədqiqatçılar

Məqalələr üçün Tələblər

Tam Mətn Yazı Qaydaları

Məqalə üzrə oxşarlıq səviyyəsi 30%-dən yuxarı olan işlər qəbul edilmir.

  • Kənar boşluqlar: 2.5 sm
  • Şrift: Times New Roman, 12 pt
  • Sətirarası interval: 1.00
  • BAŞLIQ: Tam böyük hərflərlə
  • Alt başlıq: Kiçik hərflərlə
  • Səhifə sayı: Minimum 5 səhifə, maksimum 25 səhifə
  • İstinad formatı: APA 6 standartına uyğun olmalıdır.

Tam mətnlərdə aşağıdakı bölmələr ayrıca başlıqlar altında təqdim olunmalıdır: XÜLASƏ, GİRİŞ, MATERİALLAR VƏ METODLAR, NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ, NƏTİCƏ VƏ TÖVSİYƏLƏR, ƏDƏBİYYAT

Məqalədə bütün müəlliflərin adı, soyadı, iş yeri, ixtisas sahəsi, şəhər, ölkə, e-mail ünvanı, mobil telefon nömrəsi və məcburi ORCID nömrəsi göstərilməlidir.

Konfransın Sədrləri

Prof. Rakshanda Fazli

Qərbi Asiya və Şimali Afrika Tədqiqatları Departamentinin müdiri, Aliqarh Müsəlman Universiteti, Hindistan

Şahin Sadıqov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Elmi Komitənin üzvləri

Sədr

Arzu Hüseynova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Emil Qasımov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Fuad Mürşüdlü

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Malik Mehdiyev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Manaf Bağır-zadə

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Murad Hacıyev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Nərmin Babayeva

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Nigar Ələsgərova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Rauf Musayev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Telman İmanov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Turanə Əhmədova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Zamiq Aslanov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Təşkilat Komitəsi

Sədr

Fərhad Mikayılov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Aynurə Şıxməmmədova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Aynur Muxtarova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Elnarə Məhərrəmova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Emin Mustafayev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Ənvər Hacıyev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Firəngiz Qasımova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

İntizar Rüstəmova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

İzzət Salmanova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Kamran Ramazanov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Kənan Yarıyev

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Nigar Əhmədli

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Pərvin Məhərrəmova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Rəna Abdullayeva

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Rəna Həsənova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Samirə Yusifova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Səadət Quliyeva

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Səfər Hüseynov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Şahin Sadıqov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Şəhla Əliyeva

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Təranə İsmayılova

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan

Yusif Çərkəzov

İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan